ABŞ-dan gözlənilməz TÜRKİYƏ ADDIMI - Rusiya buna ƏSƏBİLƏŞƏCƏK
Bizi izləyin

ABŞ

ABŞ-dan gözlənilməz TÜRKİYƏ ADDIMI - Rusiya buna ƏSƏBİLƏŞƏCƏK

ABŞ Türkiyəyə “Patriot” havadan və raket müdafiə sistemi satmağa razılıq verib.

Publika.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi 3,5 milyard dollar dəyərində havadan və raket müdafiə sisteminin Türkiyəyə satılmasını təsdiq edib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nəzdindəki Müdafiə-Təhlükəsizlik Əməkdaşlığı Agentliyi yazılı açıqlama yayıb.

Açıqlamada 80 “MIM-104E” Patriot raketi, 60 yüksək qabiliyyətli “Patriot-3” (PAC-3) və təlimli komandanın Türkiyəyə göndərilməsinin qərara alındığı yazılıb. Sözügedən müdafiə sisteminə 4 ədəd “AN/MQP-65” radar dəsti, 4 ədəd kilidlənmə nəzarət sistemi, 20 ədəd “M903” raketatar stansiyası və s. daxildir.

ABŞ bu sistemləri satmaqla NATO-dakı önəmli müttəfiqi olan Türkiyənin havadan gələn təhlükələrdən qorunan, təhlükəsiz ölkə olmasını istədiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə hava müdafiə sistemini gücəndirmək üçün Rusiyadan S-400 müdafiə sistemi almaqla bağlı müqavilə imzalayıb. Lakin ABŞ bu satışa kəskin şəkildə qarşı çıxıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm