Tramp Ərdoğana verdiyi sözü tutmayıb GERİ ÇƏKİLDİ
Bizi izləyin

ABŞ

Tramp Ərdoğana verdiyi sözü tutmayıb GERİ ÇƏKİLDİ

ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində terrorçulara qarşı hərbi əməliyyat keçirməsinə razılıq verməyib.

Publika.az xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Robert Palladino deyib.

Sözçü daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarının hərbi hərəkata razılıq verməsinə dair açıqlamasını “yanıldıcı bəyanat” kimi dəyərləndirib.

“ABŞ Suriya hökumətində islahatlar aparılmasına və Suriyada hər kəsin yaşamasına şərait yaradılmasını təmin edəcək beynəlxalq prosesə diqqətini yönəldib”-, Palladino deyib.

Ərdoğan isə məsələ ilə bağlı bu açıqlamanı vermişdi: “Suriyada İŞİD qalmadı, ondan səbəb kimi istifadə edirlər. Biz orada terror dəhlizini yaratmağa icazə verməyəcəyik. Biz Suriyada üç əməliyyat keçirdik, indi növbə Fəratın şərqinə gəldi. Biz bu haqda rəsmən bəyan etdik, Trampla telefonla danışdıq və müsbət cavab aldıq. Fəratın şərqində terrorçuları müdafiə edənlərə müraciət edirəm: siz səhv edirsiniz, bundan imtina edin!”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm