Rusiyanın yeni bazasının peyk fotoları ORTAYA ÇIXDI
Bizi izləyin

ABŞ

Rusiyanın yeni bazasının peyk fotoları ORTAYA ÇIXDI

ABŞ-ın “The Drive” nəşri Rusiyanın Venesueladakı bazasına aid olduğunu iddia etdiyi bazanın fotolarını dərc edib.

Publika.az xəbər verir ki, nəşrə görə, nüvə döyüş başlıqlı qanadlı raketləri daşıya bilən “Tu-160” strateji raket daşıyıcılarının olduğu hərbi baza Birləşmiş Ştatların materik hissəsi üçün görünməmiş daimi strateji təhdidi yaradacaq.

Amerika nəşri Karib dənizində yerləşən Orçila adasının peyk şəkillərini dərc edib. Digər tərəfdən, “The Drive” adada son bir neçə ildə baş vermiş dəyişikliklərə diqqət yetirir. Burada, xüsusi halda, uçuş-enmə zolağı ortaya çıxıb.

Qeyd edək ki, bu günlərdə Rusiyanın “Nezavisimaya Gazeta” nəşri hərbi-diplomatik mənbələrə istinad edərək, Rusiyanın Venesuelada öz strateji təyyarələrini yerləşdirməyə qərar verdiyini yazıb. KİV-in informasiyasını şərh edən Venesuela Konstitusiya Məclisinin sədri Dosdado Kabelo bildirib ki, Rusiya hərbi bazasının mümkün yaradılmasını dəstəkləyir.

Rusiya KİV-inin yazdığına görə, bu ay Rusiyanın iki “Tu-160” təyyarəsi, “An-124” hərbi-nəqliyyat və “İl-62” uzaqmənzilli təyyarələr 5 gün müddətində Venesuelada olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm