ABŞ onların kürəyinə XƏNCƏR SAPLADI - Ərdoğanla danışıqdan sonra...
Bizi izləyin

ABŞ

ABŞ onların kürəyinə XƏNCƏR SAPLADI - Ərdoğanla danışıqdan sonra...

ABŞ prezidenti Donald Trampın amerikalı əsgərləri Suriyadan geri çəkmək qərarından sonra PKK/YPG terror təşkilatı ilk dəfə açıqlama verib.

Publika.az xəbər verir ki, açıqlamanı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) bir PKK nümayəndəsinə istinadən yayımlayıb.

“ABŞ-ın Suriyadan hərbi qüvvələrini geri çəkməyi PKK/YPG-nin kürəyinə saplanmış bir xəncərdir. Bu, İŞİD-ə qarşı mübarizədə ölənlərə xəyanətdir” – PKK üzvü deyib.

Qeyd edək ki, Donald Trampın dünən bu açıqlamanı verməsi dünyada sürpriz kimi qarşılanıb. Onun bu qərarı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonda danışdıqdan sonra verdiyi bildirilir. Qərara əsasən, Xarici İşlər Nazirliyinin heyəti 24 saat, Amerika əsgərləri isə 60-100 gün içində Suriyadan çıxacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm