ABŞ
Məsələnin iç üzü ORTAYA ÇIXDI: Tramp Suriyanı Ərdoğana bağışladı
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Pentaqon əsgərlərinin Suriyadan çəkilməsi məsələsini müzakirə etməsi fəlakətə yol açıb.
Publika.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Xəbərə görə, 14 dekabr tarixində telefon danışığı zamanı Ərdoğan Trampa daha öncə terrorçular üzərində qələbə çalmış olduğu halda niyə ABŞ-ın kürdlərə hələ də silah tədarük etdiyi barədə soruşub. Tramp isə cavabında “bilirsiniz, o (Suriya) sizindir. Mən gedirəm” deyib.
Həmçinin, xəbərdə bildirilib ki, Trampın bu qərarı Vaşinqtonda müxtəlif reaksiyalarla qarşılanıb. Konqresin bir çox üzvü prezidentin qərarını fəlakət adlandırıb və Suriyanın torpaqlarını Rusiya ilə İrana vermək kimi dəyərləndirib.
Qəzetin iddiasına görə müdafiə naziri Ceyms Mettis məhz bu məsələ üzündən istefa verəcək. Çünki Tramp Mettisə Suriya məsələsini həll etmək üçün vaxt vermişdi. Lakin nazir bu problemin öhdəsindən gələ bilmədi.
Mettis və Trampın digər məsləhətçiləri onu qərardan vaz keçməyə çağırsalar da, ABŞ prezidenti Pentaqonun Suriyada qalmasının baha başa gəldiyini deyib.
Zümrüd
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi