Trampın Türkiyəyə səfəri ilə bağlı Ağ Evdən RƏSMİ AÇIQLAMA
Bizi izləyin

ABŞ

Trampın Türkiyəyə səfəri ilə bağlı Ağ Evdən RƏSMİ AÇIQLAMA

ABŞ prezidenti Donald Trampın Türkiyəyə rəsmi səfəri ilə bağlı Ağ Ev informasiya yayıb.

Publika.az xəbər verir ki, Mətbuat Departamenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə açıq olduğunu, lakin konkret tarixin təyin edilmədiyini bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Ərdoğanın Trampla telefon danışığında onu Türkiyəyə dəvət etdiyini bildirmiş, Trampın da bu dəvətə isti münasibət bəsləyərək 2019-cu ildə mütləq Türkiyəyə gələcəyini demişdi.

İki lider rəsmi olaraq ən son 2017-ci ilin may ayında Ağ Evdə bir araya gəlib. Daha sonra bu ay Argentinada təşkil edilən G20 zirvəsində 50 dəqiqəlik görüş keçirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm