1 milyard dollarlıq kompensasiya davası başa çatdı - Ölən tələbənin ailəsi... - - FOTO
Bizi izləyin

ABŞ

1 milyard dollarlıq kompensasiya davası başa çatdı - Ölən tələbənin ailəsi... - - FOTO

Şimali Koreyada bir il həbsdə qalıb azadlığa çıxdıqdan qısa müddət sonra dünyasını dəyişən amerikalı tələbə Otto Uormberin ailəsinin Pxençan hökumətinə elan etdiyi 1 milyard dollarlıq kompensasiya davası yekunlaşıb.

Publika.az xəbər verir ki, ABŞ Federal Məhkəməsi Şimali Koreya hökumətini amerikalı tələbəyə işgəncə verildiyi ittihamı ilə 501 milyon dollar kompensasiya ödəməyə məhkum edib.

Vaşinqton Federal Bölgə Məhkəməsinin hakimi Beril Hauell Otto Uormberə işgəncə verilməsi, əsir götürülməsi və öldürülməsi ittihamları ilə Pxençanı günahkar çıxarıb. Bu qərar simvolik olaraq qəbul edilib. Çünki Kim Çen In hökumətinin bu kompensasiyanı öldürülən tələbənin ailəsinə ödəməsəni məcburi edəcək ölkələrarası və ya iki ölkənin də daxil olduğu hər hansı bir razılaşma yoxdur.

Qeyd edək ki, Otto Uormber 2016-cı ildə səyahət məqsədilə getdiyi Şimali Koreyada qaldığı bir hoteldə “təxribat xarakterli poster oğurlamaq” ittihamı ilə 15 il həbs cəzasına məhkum edilmişdi. O, 1 il həbsdə qaldıqdan sonra 2017-ci ilin iyun ayında sağlamlıq vəziyyəti pisləşdiyi üçün ölkəsinə geri qaytarılmışdı. Uormber ölkəsinə ayaq basdıqdan 6 gün sonra qaldığı xəstəxanada ölmüşdü.

Şimali Koreya hökuməti isə tələbənin işgəncə səbəbilə deyil, həbsxanadakı yeməklərdən zəhərləndiyini bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm