Tramp İraqa elan olunmamış səfər etdi - FOTOLAR
Bizi izləyin

ABŞ

Tramp İraqa elan olunmamış səfər etdi - FOTOLAR

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə İraqa elan olunmamış səfər edib. O, burada amerikalı hərbçilərlə görüşüb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ağ evin mətbuat katibi Sara Sanders öz "Twitter" mikrobloqunda yazıb.

"Prezident Tramp və birinci xanım Milad gecəsi ali hərbi rəhbərlik və hərbçilər ilə görüşmək, xidmətlərinə, uğurlarına və itkilərinə görə təşəkkür etmək, həmçinin onların Milad bayramını təbrik etmək məqsədi ilə İraqa yola düşüb", - deyə o yazıb.

Sanders dövlət başçısı və həyat yoldaşının hərbçilərlə bir neçə fotosunu da paylaşıb.

Tramp prezident postunda ilk dəfə hərbi əməliyyatlar zonasını ziyarət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm