Tramp ona 4 ay vaxt verdi: Ağ Ev isə...
Bizi izləyin

ABŞ

Tramp ona 4 ay vaxt verdi: Ağ Ev isə...

ABŞ prezidenti Donald Tramp Pentaqon qüvvələrinin Suriyadan geri qayıtması üçün 4 ay müddət verib.

Publika.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

Qəzetin iki amerikalı səlahiyyətli şəxsə istinadən verdiyi xəbərə görə, İraq vasitəsilə Suriyaya keçib yerləşən ABŞ ordusu yenə İraq vasitəsilə bölgədən çəkiləcək.

Yaxın keçmişdə İraq sürpriz səfər edən Trampın ölkədə İŞİD terror təşkilatı ilə mübarizədən məsuliyyət daşıyan general Paul Lakamera ilə birliklərin geri çəkilməsi mövzusunda danışdıqları bildirilib.

Bu iddianın izinə düşən “CNN İnterneyşnl” isə Ağ Evdəki qaynaqları ilə əlaqəyə keçib. Lakin həmin qaynaqlar mövzu ilə bağlı CNN-ə heç bir məlumat verməyib.

Qeyd edək ki, Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Əroğanla 14 dekabr 2018-ci il tarixindəki telefon danışığı zamanı birliklərin tam və sürətli şəkildə Suriyadan çıxacağını demişdi.

ABŞ əsgərlərinin Suriyadan geri qayıtması Trampın 2016-cı ildəki seçkiqabağı kampaniya zamanı xalqa verdiyi vəd idi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm