ABŞ Moskvaya ULTİMATUM VERDİ
Bizi izləyin

ABŞ

ABŞ Moskvaya ULTİMATUM VERDİ

Vaşinqton casusluqda şübhəli bilinərək Moskvada saxlanılan ABŞ vətəndaşı Pol Uilanın təcili qaytarılmasını tələb edəcək.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeo söz verib.

Amerika vətəndaşı 2018-ci il dekabrın 28-də saxlanılıb. Federal Təhlükəsizlik Xidmətinin (FTX) general-mayoru Aleksandr Mixaylovun sözlərinə görə, Pol Uilanın tutulması ilə Rusiyada Amerika xüsusi xidmət orqanlarının ciddi əməliyyatının qarşısı alınıb.

Məlumata əsasən, FTX-nin İstintaq idarəsi ABŞ vətəndaşına qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə cinayət işi açılıb. Bu maddə saxlanlan şəxsin 20 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

“Federal Təhlükəsizlik Xidməti heç vaxt ciddi əsaslarsız xarici agentləri saxlamır”, - Mixaylov deyib.

ABŞ-ın dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar keçmiş dəniz piyadaçısının tutulmasına görə Moskvadan izahatları gözləyir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm