Mayk Pompeodan Türkiyə ordusu ilə bağlı SƏRT SÖZLƏR
Bizi izləyin

ABŞ

Mayk Pompeodan Türkiyə ordusu ilə bağlı SƏRT SÖZLƏR

ABŞ-ın dövlət katibi Mayk Pompeo yerli mətbuata verdiyi müsahibədə Türkiyəyə qarşı sərt çıxışlar edib.

Publika.az xəbər verir ki, dövlət katibi türk ordusunu qatil adlandırıb.

“NewsMax” televiziyasına danışan Pompeo ABŞ-ın Suriyadan hərbi qüvvələrini geri çəkməsi məsələsi il bağlı suala cavab verərkən bunları deyib: “ABŞ prezidenti Donald Trampın təlimatları açıq və konkretdir. Çəkilmə prosesi Trampın təlimatları ilə qətiyyətli şəkildə icra olunur. Bunları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə geri çəkilmək deyil, prezidentin ortaya qoyduğu bütün ünsürlər: türklərin kürdləri qətlə yetirməmələrini təmin etmək, Suriyada dini azlıqların qorunması və başqa nüanslar ABŞ-ın ortaya qoyduğu missiyanın parçasıdır”.

Aparıcının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutaraq “güvənli ortaqmıdır” sualına cavab verən Pompeo Türkiyə ilə üzərində işləmələri lazım olan çox şeyin olduğunu deyib: “NATO müttəfiqidirlər. Amerikanın maraqlandığı və onun təhlükəsizlyini təmin edən şeylərə dəstək olduqları zamanlar da var”.

O, həmçinin, gələn həftə Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ilə BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Cemy Ceffrinin Türkiyəyə səfər edəcəyini xatırladıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm