Sərhəddə 20-dən çox yandırılmış cəsəd aşkarlandı
Bizi izləyin

ABŞ

Sərhəddə 20-dən çox yandırılmış cəsəd aşkarlandı

Meksikanın hökumət orqanları ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 yandırılmış cəsəd aşkar ediblər. Bu barədə “Excelsior” qəzeti məlumat yayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yandırılmış cəsədlər narkokartellərin münaqişəsinin qurbanlarıdır. Hadisə Tamaulipas ştatının Migel Aleman şəhəri yaxınlığında törədilib.

Tamaulipas ştatı narkotrafik sistemində əsas regionlardan biridir. Narkokartellər arasındakı münaqişələr səbəbindən orada tez-tez kütləvi qırğınlar törədilir. Hazırda ştatda üç kartel arasında mübarizə gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm