Dünya ABŞ-ın hegemonluğundan BELƏ QURTULUR: Vaşinqtonda müharibə ELANI SAYILACAQ
Bizi izləyin

ABŞ

Dünya ABŞ-ın hegemonluğundan BELƏ QURTULUR: Vaşinqtonda müharibə ELANI SAYILACAQ

Rusiya ABŞ-da öz valyuta ehtiyatlarını fəal azaldaraq dollar asılılığından qurtulur.

Publika.az xəbər verir ki, bu haqda “Die Welt” nəşrinin analitik materialında bildirilir.

Nəşrin yazdığına görə, dolların hegemonluğunu bir çox başqa dövlət də zəiflətməyə çalışırlar. Qeyd edilir ki, Vaşintonun “birtərəfli və sıçrayışlar şəklində” siyasəti müharibədən sonrakı maliyyə nizamını təhlükə altına qoyur.

Nəşr qeyd edir ki, Rusiya öz valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə diversifikasiya edib. Yalnız 2018-ci ilin ikinci rübü ərzində Moskva ABŞ-ın 100 milyard dollarlıq qiymətli kağızlarından qurtulub və başqa valyutalara, xüsusi halda avro və yuana pul qoyub. “Morgan Stanley” Amerika investisiya bankının qiymətləndirmələrinə görə, Rusiya keçən il Çin istiqraz vərəqələrinin əsas alıcısı olub. Bu, onun daha bir təsdiqidir ki, Çin prezident Vladimir Putin üçün ABŞ-ın alternativinə çevrilir. Rusiyanın valyuta ehtiyatlarında avronun payı həmçinin, 2017-ci ildəki 25 faizdən 2018-ci ildə 32 faizə qədər artıb.

“Amerika dolardan silah kimi istifadə edir”, - ekspertlər əmindirlər.

“Biz dollardan uzaqlaşmırıq, dollar bizdən uzaqlaşır”, - Vladimir Putin şəxsən bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən həyata keçirilən iqtisadi və maliyyə siyasəti dollara inamı əhəmiyyəli dərəcədə azaldıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ABŞ dolları ilə saxlanılan qlobal valyuta ehtiyatları 2018-ci ilin üçüncü rübündə son 5 ilin ən aşağı səviyyəsinə geriləyib.

Avronun payı isə son 4 ilin ən yüksək səviyyəsinə çatıb. Yaponiya yeninin qlobal valyuta ehtiyatındakı payı isə son 16 ilin ən yüksək səviyyəsinə çatıb. Cinin milli valyutasi olan yuanın ehtiyatları isə 2016-cı ilin dördüncü rübündən bu yana ilk dəfə geriləyib.

2018-ci ilin ikinci rübündə 10,6 trilyon dollar olan valyuta ehtiyatları üçüncü rübdə 10,71 trilyon dollara yüksəlib.

Üçüncü rübdə valyuta ehtiyatlarının 61,94 faizini (6,63 trilyon dollar) ABŞ dolları təşkil edib. Bu göstərici ilin ikinci rübündə 62,4 faiz idi. Yapon yenin payı 4,98 faizədək artıb. Avronun payı 20,48 faiz olduğu halda, Çin yuanın payı 3,8 faizə geriləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm