Trampdan Rusiyaya GÖZLƏNİLMƏZ MESAJ: Onları sizin üçün öldürürük
Bizi izləyin

ABŞ

Trampdan Rusiyaya GÖZLƏNİLMƏZ MESAJ: Onları sizin üçün öldürürük

Münbiçdə baş verən partlayışda həyatını itirən hərbçilərin ailələri ilə görüşən ABŞ prezidenti Donald Tramp Suriyadakı son vəziyyətlə bağlı açıqlamalar verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İŞİD terror təşkilatının 99 faiz məhv edildiyini bildirən prezident son 3 həftə ərzində İŞİD-ə qarşı ciddi hücumlar həyata keçirdiklərini bildirib.

“Bəs, biz İŞİD döyüşçülərini kimin üçün öldürürük? Onları Rusiya, İran, Suriya, İraq və digər ölkələr üçün öldürürük. Dolayısıyla, bizim üçün həmişə eyni fikirdə olmayanlar üçün öldürürük. Ayrıca, İŞİD-i məğlub edərək Bəşər Əsədə də böyük yaxşılıq etdik. Artıq bir nöqtədə öz insanımızı evə gətirmək istəyirik. Bunu seçki kampaniyasından bu yana deyirəm”, - Amerika lideri deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm