Klinton 2020-ci ildə seçkilərdə iştirak edəcək
Bizi izləyin

ABŞ

Klinton 2020-ci ildə seçkilərdə iştirak edəcək

ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə sabiq namizəd Hillari Klinton 2020-ci ildə prezident seçkilərində iştirak edə bilər.

Publika.az xəbər verir ki, bu haqda CNN telekanalının müxbiri Ceffe Zeleniyə Klintona yaxın üç mənbə bildirib.

Müxbirin həmsöhbətin sözlərinə görə, Klintonun özü bildirib ki, “qapıları bağlamır”.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp söyləyib ki, Hillari Klintonla 2020-ci ildə prezident seçkilərində “döyüşməyə” hazırdır. Qeyd edək ki, Tramp 2016-cı ildə məhz Klintona qalib gələrək president seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm