Tramp şərtini açıqladı - Qoşunları Əfqanıstandan...
Bizi izləyin

ABŞ

Tramp şərtini açıqladı - Qoşunları Əfqanıstandan...

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Trampın sözlərinə görə, o, radikal "Taliban" hərəkatı ilə Əfqanıstan hakimiyyəti arasındakı vəziyyətin nizamlanması üzrə sülh razılaşması əldə olunacağı təqdirdə bu addımı atacaq.

"İlk dəfədir ki, onlar (taliblər) nizamlanma, saziş barədə danışırlar.Bu baş verərsə, biz öz adamlarımızı evə göndərəcəyik. Baxaq görək nə olur. Lakin ciddi danışıqlar birinci dəfədir aparılır", - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm