Soyuq havada 11 nəfər öldü
Bizi izləyin

ABŞ

Soyuq havada 11 nəfər öldü

ABŞ-da soyuq hava ilə əlaqədar 2 gündə 11 nəfər ölüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 25 ilin ən soyuq günlərinin yaşandığı ABŞ-ın bəzi ştatlarında temperatur mənfi 40 dərəcəyə enib.

Qütb soyuqları səbəbindən bəzi ştatlarda dövlət qurumlarında tətil elan edilib. Bu gün Ayova ştatında yollardakı qar və buz yol nəqliyyat hadisələrinə səbəb olub. Təkcə Ayova ştatında 2 nəfər donaraq dünyasını dəyişib.

Nyu Cersi ştatında məktəblərdə dərslər həmişəki vaxtdan gec başlayıb. Miçiqan ştatında isə soyuq hava ilə əlaqədar dövlət qurumlarında tətil elan edilib.

Mütəxəssislər yaşlı və xəstə insanların məcbur qalmadıqları halda evdən çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm