Ağır yol qəzası - Uşaq və yeniyetmələr həlak oldu
Bizi izləyin

ABŞ

Ağır yol qəzası - Uşaq və yeniyetmələr həlak oldu

ABŞ-da ağır yol qəzası nəticəsində uşaq və yeniyetmələr həlak olub, daha 2 nəfər yaralanıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, hadisə Merilend ştatında baş verib. Prins-Corces dairəsində, yerli vaxtla saat 05:00-də baş verən qəzada ölənlər arasında 5 yaşlı uşaqdan 15 yaşlı yeniyetməyə qədər 5 nəfər var.

Onlar qəza zamanı avtomobildən çıxıblar. İstintaq güman edir ki, hadisə zamanı uşaq və yeniyetmələr təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm