Tramp canlı yayımda açıqladı: "İsraili qorumalıyıq"
Bizi izləyin

ABŞ

Tramp canlı yayımda açıqladı: "İsraili qorumalıyıq"

“İsraili qorumalıyıq. Bizə məxsus digər şeyləri də qorumalıyıq. Amma evə qayıtmaq lazımdır”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Suriyadan nə zaman geri çəkiləcəkləri ilə bağlı CBS telekanalına müsahibəsində deyib.

Tramp ABŞ əsgərlərinin Əfqanıstandan geri çəkilməsi ilə bağlı sualları da cavablandırıb:

“Çox uzun müddətdir Əfqanıstandayıq. Suriyada da 4 ay qalmalı idik, amma illərlə qaldıq. 19 ildir Əfqanıstandayıq. Talibanla danışıqlar aparırıq, görək nəticəsi nə olacaq. Taliban yoruldu, hər kəs yoruldu, sülh istəyirik. Nəticəsi olmayan müharibələrdən geri çəkilib, əsgərlərimizin evlərinə qayıtmasını istəyirik. Kəşfiyyatımız isə prosesi yaxından izləyəcək. Əfqanıstanda kəşfiyyatçılarımız qalacaq, həqiqi kəşfiyyatçılar”.

Suriyadan çıxandan sonra Əl –Qaidə kimi təşkilatların yenidən aktivləşməsi ilə bağlı sualı cavablandıran prezident “Məcbur olsaq, geri qayıdarıq” - deyə cavab verib.

“Suriyada iki min əsgərimiz var. Geri çəkilməyə başlayıblar. Suriyada müharibədən geri çəkilərkən İŞİD-i İraqdan vururuq”.

İraqdan İranı vurub-vurmayacaqları ilə bağlı suala Donald Trampın cavabı belə olub:

“Xeyr, tək istəyim İranı izləməkdir. İraqda güclü hərbi bazamız var. Oradan geri çəkilməyəcəyik, çünki Yaxın Şərqin hər yerini izləmək üçün möhtəşəm bir məkandır. İzləməyə davam edəcəyik, nüvə silahının hazırlanıb-hazırlanmadığını əvvəldən biləcəyik”.

Tramp bununla yanaşı ABŞ-ın Suriya və Yaxın Şərqə girməsini “böyük səhv” adlandırıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm