ABŞ bu iddiadan danışır – Trampa kredit vermədilər
Bizi izləyin

ABŞ

ABŞ bu iddiadan danışır – Trampa kredit vermədilər

ABŞ prezidenti Doland Trampın 2016-cı ildə seçki kampaniyası zamanı Almaniyanın Deutsche Bankından kredit istəyib. Lakin bank ona kredit verməyib.

Publika.az xəbər verir ki, ABŞ mediasında yer alan məqalədə bildirilir ki, seçki kampaniyası zamanı milyonlarla dollar xərcləyən Tramp illərdir “müttəfiq”i olduğu banka borc üçün müraciət edib.

Məlumata görə, bank rəhbərləri Trampa kredit verməyin riskli olduğunu düşünüblər.

Onlar Trampın prezident seçilib, krediti vaxtında ödəməyəcəyi halda borcu geri almamaq və ya ABŞ prezidentinin əmlakını müsadirə etmək arasında qalacaqlarını düşünüblər. Bu narahatlığa görə kredit verməkdən imtina ediblər.

Xəbərə görə, Tramp Mayamidəki otelini girov qoyaraq İsveçdəki qolf meydançasının xərclərini ödəmək üçün kredit götürmək istəyib. Tramp Vəqfi isə qolf meydançasını təmir etmək üçün kredit götürməsi iddiasının yalan olduğunu açıqlayıb. Lakin bankdan kredit istəyib-istəməməsi ilə bağlı hər hansı şərh verilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm