ABŞ ordusunu bu tarixdə geri çəkəcək
Bizi izləyin

ABŞ

ABŞ ordusunu bu tarixdə geri çəkəcək

ABŞ Suriyadakı Pentaqon qüvvələrini bu ilin aprel ayının sonuna qədər tamamilə geri çəkəcək.

Publika.az xəbər verir ki, bu iddia “Wall Street Journal” qəzetində yayımlanıb.

Qəzetin hazırkı və sabiq diplomatlara istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp YPG/PKK terror təşkilatının qorunması üçün hər hansı bir planın qurulmasını gözləmədən aprel ayının sonuna qədər Suriyadan geri çəkilmək istəyir.

Geri çəkilmək üçün son mərhələnin tamamlanması gərəkdir. Yəni İŞİD-in nəzarətində qalan bir neçə bölgəni aldıqdan sonra Pentaqon ordusunun Suriyada işi qalmayacaq. Planlarda dəyişiklik edilməzsə, ordunun böyük qismi mart ayında göndəriləcək.

Xəbərdə həmçinin, ABŞ-ın YPG/PKK-nı qorumaq mövzusunda Türkiyə ilə danışıqlar apardığını, lakin bu məsələdə irəliləyişə nail olunmadığı qeyd edilib.

Pentaqon isə xəbərlə bağlı rəsmi açıqlama verməkdən qaçır. Lakin Donald Tramp İŞİD-lə mübarizə çərçivəsində qurulan beynəlxalq koalisiya üzvlərinin xarici işlər nazirlərinin toplantısında gələn həftə İŞİD-in tamamilə məğlub edildiyini rəsmən açıqlaya biləcəklərini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm