Rusiyanın nəhəng layihəsi təhlükədə - QƏTNAMƏ
Bizi izləyin

ABŞ

Rusiyanın nəhəng layihəsi təhlükədə - QƏTNAMƏ

ABŞ Senatının xarici işlər üzrə komitəsi “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı hazırlanan qətnaməyə baxmaq niyyətindədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Konqresin yuxarı palatasının saytında xəbərdə deyilir.

Senatorlar Cim Riş, Ron Conson, Robert Menendes, Cin Şaxin və Dik Durbin sənədin həmmüəllifləridir.

“”Şimal axını-2” kimi layihələr Avropanın energetika təhlükəsizliyi üçün təhlükə təşkil edir və biz Avropa Parlamenti ilə həmfikirik ki, layihə ləğv edilməlidir”, - qətnamə layihəsinin mətnində deyilir.

Qətnamədə həmçinin, Kerç boğazında Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq tədbirlərin görülməsi çağırışı yer alıb. Senatorlar müdafiə potensialının möhkəmləndirilməsi üçün Ukraynaya kömək göstərməyi xahiş edirlər.

Xatırladaq ki, oxşar qətnamələri 2018-ci ilin dekabrında Avropa Parlamenti və ABŞ-ın Nümayəndələr Palatası qəbul edib.

Qeyd edək ki, “Şimal axını-2” qaz kəmərinin Baltika dənizinin dibi ilə Rusiyadan Almaniyaya çəkilməsi nəzərdə tutulur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm