Klinton Trampın qərarını tənqid etdi - PUTİNƏ HƏDİYYƏ
Bizi izləyin

ABŞ

Klinton Trampın qərarını tənqid etdi - PUTİNƏ HƏDİYYƏ

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Trampın Orta və yaxın məsafəli raketlərin ləğv edilməsi barədə sazişdən çıxmaq qərarını tənqid edib.

Publika.az xəbər verir ki, xanım Klinton bu barədə Vaşinqtonda Corctaun Universitetində çıxışında deyib.

O bəyan edib ki, dünyaya hazırda silahlanma yarışı lazım deyil:

"Tramp administrasiyasının bu qərarı Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir, çünki ABŞ-ın bu addımı Moskvaya da Vaşinqtonun ardınca sazişdən çıxmaq qərarı verməyə imkan yaradıb".

H.Klinton əlavə edib ki, sazişlə bağlı Rusiya ilə fikir ayrılıqları regionda gözlənilməzlik amilini gücləndirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm