ABŞ Rusiya əleyhinə sanksiyaların ləğv olunması ŞƏRTİNİ AÇIQLADI
Bizi izləyin

ABŞ

ABŞ Rusiya əleyhinə sanksiyaların ləğv olunması ŞƏRTİNİ AÇIQLADI

Krım Ukraynanın tərkibinə qayıtmadığı müddətdə ABŞ Rusiya əleyhinə sanksiyaları saxlayacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki nümayəndəsi Conatan Koen bildirib.

Onun sözlərinə görə, ABŞ Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmir və heç vaxt dəstəkləməyəcək. Amerikalı diplomat Minsk razılaşmalarının dördilliyinin müzakirəsi zamanı Moskvanı razılaşmaların tam icrasına çağırıb.

“Məhz Rusiya münaqişəyə son qoymalıdır”, - o deyib.

Koen əlavə edib ki, Donbasda Rusiya hərbçiləri və silahları var.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm