• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

ABŞ-dan Rusiyaya YENİ SANKSİYA DALĞASI

  • ABŞ
  • 14 Fevral 2019 01:00
  • 532 Baxış
ABŞ-dan Rusiyaya YENİ SANKSİYA DALĞASI

Amerikanın demokrat və respublikaçı senatorları Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini gündəliyə daxil ediblər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə senator Bob Menendesin çərşənbə günü yayılan bəyanatında deyilir.

"Hərtərəfli qanunvericilik Rusiyanın xarici ölkələrdə gedən demokratik proseslərə müdaxiləsinə, Suriyaya göstərdiyi zərərli təsirlərə və Ukraynaya qarşı təcavüzünə, o cümlədən Kerç boğazındakı insidentə cavab olaraq Rusiya Federasiyasına iqtisadi, siyasi və diplomatik təzyiqi artırmağa yönəlib", - deyə bəyanatda bildirilir.

Daha əvvəl ABŞ Rusiyaya qarşı əvvəlki sanksiyaların ləğv edilməsi üçün şərtlərini açıqlayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR