FTB-nin eks-əməkdaşı İrana qaçdı
Bizi izləyin

ABŞ

FTB-nin eks-əməkdaşı İrana qaçdı

ABŞ Federal Təhqiqatlar Bürosu özünün keçmiş əməkdaşı Monika Uiti beynəlxalq axtarışa verib.

Bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.

ABŞ prokurorluğu Uiti İrana məxfi məlumatları satmaqda ittiham edib. Belə ki, Uit İran xüsusi xidmət orqanlarını ABŞ kəşfiyyatına qarşı əməliyyatlarda dəstəkləyib, SEPAH-a ABŞ kəşfiyyat şəbəkələrindən birini ortadan qaldırmaq üçün məlumatlar ötürüb. O həmçinin İran dövlət müəssisələrindəki kompyuterlərə casus proqramlarının yerləşdirilməsinə mane olub.

Agentlik artıq casusun ABŞ-ı tərk etdiyini və İrana qaçdığını bəyan edib. Onun bundan öncə İranda 2012-2015-ci illərdə olduğu vurğulanıb və burada da İrana məxfi materiallar verə biləcəyi qeyd edilib. (axar)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm