ABŞ Kosmik Qüvvələri yaradıldı
Bizi izləyin

ABŞ

ABŞ Kosmik Qüvvələri yaradıldı

ABŞ prezidenti Donald Tramp ABŞ Kosmik Qüvvələrinin yaradılmasına dair memorandum imzalayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, memorandumun mətnini Ağ ev yayıb.

"Birləşmiş Ştatların kosmik sistemlərinin tarixən potensial rəqib sistemləri üzərində texniki cəhətdən üstünlük qazanmasına baxmayaraq, bu potensial rəqiblər böhran və münaqişələr dövründə bizim kosmosdan istifadəmizə mane olmaq imkanlarını inkişaf etdirərək, öz kosmik potensiallarını irəli aparırlar", - deyə memorandumda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm