ABŞ
Tramp Türkiyəyə qarşı ŞOK QƏRAR İMZALADI: 2019-cu il noyabrın 1-nə kimi…
ABŞ Prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün paket qanunu imzaladı.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qanuna görə, Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemləri alacağı halda, 2019-cu il noyabrın 1-nə qədər “F-35” qırıcılarının Türkiyəyə təhvili verilməsi dayandırılacaq.
CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") çərçivəsində qəbul edilən paket qanununda yer alan maddə daha öncə 2019-cu ili büdcə layihəsindən son anda çıxarılmışdı. Lakin bu maddənin dünənki son düzəlişlərdən sonra qanuna yenidən əlavə olunub.
Qanuna görə, ABŞ-ın Dövlət Departamenti və Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiyadan almaq istədiyi “S-400”-lərlə bağlı ortaq bir hesabat hazırlayacaq. Hesabatda bu sistemlərin hansı təhdidlər yaratdığı əksini tapacaq. Hesabatın 2019-cu il noyabrın 1-nə kimi hazırlanması və o tarixə qədər “F-35”-lərin Türkiyəyə təslim edilməsinin dayandırılması tələb edilir.
Ömər Dağlı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı

































.jpg)

.jpg)