Tramp yenə sözündə dura bilmədi: 200 əsgəri Türkiyəyə...
Bizi izləyin

ABŞ

Tramp yenə sözündə dura bilmədi: 200 əsgəri Türkiyəyə...

ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə geri çəkməyəcək.

Publika.az xəbər verir ki, Pentaqon 200 əsgəri bölgədə sülhü qorumaq məqsədilə saxlayacaq.

Bu barədə Ağ Ev informasiya yayıb. Ağ Evin mətbuat katibi Sarah Sanders ABŞ prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefon danışığından sonra ABŞ-ın Suriyadan geri çəkilməsi ilə bağlı açıqlama verib.

Məsələ ilə bağlı başqa detalı açıqlamayan Sandersin bu açıqlamanı Ərdoğan-Tramp görüşündən dərhal sonra etməsi diqqət çəkib.

Qeyd edək ki, Donald Tramp ötən ilin 14 dekabrında Suriyada İŞİD terror təşkilatının məğlub edildiyini və buna görə Amerika əsgərlərinin evlərinə geri qayıtmaq vaxtının gəlib çatdığını açıqlamışdı. Trampın bu açıqlamanı Türkiyənin Münbiç və Fərat çayının şərqində məskunlaşan terrorçulara qarşı hərbi hərəkata hazırlaşdığı vaxtda verməsi ABŞ-Türkiyə arasında diplomatik gərginliyə səbəb olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm