ABŞ
Rəqib belə məhv ediləcək: bir il sonra... - “Troya atı” taktikasının DETALLARI
ABŞ Müdafiə Nazirliyi Rusiyaya və Çinə qarşı döyüş hərəkətlərinin yeni strategiyasını hazırlayır.
Publika.az xəbər verir ki, “Telepolis” nəşrinin yazdığına görə, bu haqda Brukinq Tədqiqatlar İnstitutunda çıxışı zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Devid Qoldfayn deyib.
Onun sözlərinə görə, “gizli müdaxilə”ni güman edən strategiya Moskva və Pekin tərəfindən olan təhlükələrə cavab olaraq hazırlanır. General qeyd edib ki, strategiyanın hazırlanması bir il çəkəcək və ona təxminən 135 milyard dollar xərclənəcək.
“Bu həm mədəni, həm də texniki planda fundamental dəyişiklikdir”, - Amerika generalı bildirib.
O hesab edir ki, bu strategiya ABŞ qoşunlarına asimmetrik üstünlüklər verəcək. Qoldfayn əlavə edib ki, yeni strategiya ABŞ qoşunlarının bütün növlərini cəlb edəcək və onda aparıcı rolu beşinci nəsil "F-35" qırıcıları oynayacaq. Strategiyanın əsas məqsədi düşmənin zəif yerlərinə zərbə vurmaqdır.
Məqalənin müəllifi Pentaqonun yeni strategiyasını “Troya atı taktikası” ilə müqayisə edib.
Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov bildirib ki, Moskva və Vaşinqton müharibəöncəsi vəziyyətdə deyil.
Ömər Dağlı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib


































.jpg)

.jpg)