Tramp yenə MƏĞLUB OLDU: 5,7 milyard dollar...
Bizi izləyin

ABŞ

Tramp yenə MƏĞLUB OLDU: 5,7 milyard dollar...

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın elan etdiyi fövqəladə vəziyyəti ləğv edən qanun layihəsini qəbul edib.

Publika.az xəbər verir ki, demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında qərarın lehinə 245, əleyhinə isə 182 səs verilib.

Qanun layihəsi Senata göndərilib. Qanun bir neçə həftə ərzində Senatda təsdiq edildikdəm sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Donald Tramp ABŞ-Meksika sərhədinə 5,7 milayrd dollarlıq divar inşa edilməsini istəmiş, lakin Konqresdəki demokratlar bu büdcənin həddən artıq olduğunu əsas gətirərək bu istəyə qarşı çıxmışdı. Nəticədə, dövlət büdcəsi təsdiq edilməmiş və federal hökumət 35 gün bağlı qalmışdı. Tramp Konqresin sərhədin təhlükəsizliyinə dair razılaşmaya gəlməyəcəyi təqdirdə, fevralın 15-də fövqəladə vəziyyət elan edəcəyini açıqlamışdı. 15 fevralda federal hökumətin açılmasına baxmayaraq, Tramp ölkə miqyasında fövqəladə vəziyyət elan etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm