Tramp Kim Çen Inla görüşdən danışdı: "Bəzən masadan uzaqlaşmaq lazımdır"
Bizi izləyin

ABŞ

Tramp Kim Çen Inla görüşdən danışdı: "Bəzən masadan uzaqlaşmaq lazımdır"

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Hanoy sammiti çərçivəsində keçirilən görüş zamanı razılıq əldə edilməyib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Açıqlamada iki ölkə liderinin görüşdən sonra mətbuat konfransı keçirmədən oteldən ayrıldıqları bildirilir.

Görüşdən sonra ABŞ Dövlət katibi Mayk Pompeo ilə mətbuat konfransı keçirən Tramp Kim Çen Inla hər hansı məsələ ilə bağlı müqavilə imzalamağın yaxşı olmayacağı barədə qərar verdiklərini deyib.

“Kim Çen Inla çox yaxşı vaxt keçirdik. Pompeo ilə birlikdə hazırda müqavilə imzalamağın doğru olmadığı barədə qərar verdik. Kim Çen Inın çox qəribə xarakteri var. Qarşımızda razılığa gəlmək üçün bir neçə variant var idi, ancaq heç birindən istifadə etmədik. Bəzən masadan uzaqlaşmaq lazımdır. Razılıq istədiyimiz hər şeyi etmədikləri üçün olmadı. Onlar özlərinə qarşı bütün sanksiyaların ləğv edilməsini istədilər. Biz isə buna hazır deyildik. Sanksiyaların hamısını ləğv etmək üçün nüvə silahından imtina etmələrini istədik. Lakin onlar da buna hazır deyildilər. Kim Çen In bundan sonra nüvə silahı və raketlərin sınaqdan keçirməyəcəklərinə söz verdi. Danışıqlarımız davam edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm