ABŞ-dan ilginc addım - Nüvə reaktoru satacaqlar
Bizi izləyin

ABŞ

ABŞ-dan ilginc addım - Nüvə reaktoru satacaqlar

Donald Tramp hökuməti Səudiyyə Ərəbistanına nüvə silahı istehsalında istifadə edilə biləcək nüvə reaktoru satacaq.

Publika.az xəbər verir ki, bunu “Nyu York Tayms” nəşri yazıb.

Nikolas Kristofun imzası ilə dərc edilən xəbərdə Donald Trampın baş məsləhətçisi Cerard Kuşnerin Səudiyyə Ərəbistanı səfərində vəliəhd şahzadə Məhəmməd İbn Salmanla bu məsələni müzakirə edə biləcəyi vurğulanıb.

Şimali Koreya və İranın nüvə silahlarından təmizlənməsini istəyən, hətta tələb edən Donald Trampın Səudiyyə Ərəbistanına nüvə silahı istehsalında istifadə ediləcək reaktor satmaq planı hər kəsi şoka salıb.

Səudiyyə Ərəbistanına nüvə reaktorları satmaq planı sabiq milli təhlükəsizlik üzrə məsləhətçi Maykl Flinnin də olduğu bir qrup təqaüdçü rəsmilər tərəfindən ortaya atılıb. Plana görə, Səudiyyə Ərəbistanında 40 nüvə stansiyası yaradılacaq. İlkin mərhələdə isə sadəcə 2 stansiya inşa ediləcək. Rəsmi Ər-Riyad bu nüvə stansiyalarını elektrik istehsalı üçün istəyir. Lakin bu istəyin altında daha gizli məqsədlərin olduğu istisna edilmir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm