Qorxunc qasırğa: 22 ölü, 40 yaralı
Bizi izləyin

ABŞ

Qorxunc qasırğa: 22 ölü, 40 yaralı

ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 40-dan artıq insan xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə şərqi Alabamanın tibb mərkəzinin "Facebook" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Biz gündüz 40-dan artıq xəsarət alan qəbul etmişik və daha çox qəbul edəcəyimizi gözləyirik. Bəzi xəsarət alanlar digər xəstəxanalara göndərilir".

Qasırğa nəticəsində ölənlərin sayı 22 nəfər çatıb.

Ştatın qubernatoru Key Ayvi pis hava şəraiti ilə əlaqədar ştatın bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm