Müharibə başa çatır: mənbə DETALLARI AÇDI
Bizi izləyin

ABŞ

Müharibə başa çatır: mənbə DETALLARI AÇDI

ABŞ və Çin arasındakı ticarət müharibəsinin dayandırılması üzrə danışıqlar final mərhələsindədir.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazıb.

İddia edilir ki, Pekin Amerika kənd təsərrüfatı, kimya, avtomobil və başqa mallara tətbiq edilən tarifləri azaltmağa hazırdır. Vaşinqton isə, öz növbəsində, ötən il Çin mallarına qoyulmuş sanksiyaların əksəriyyətin ləğvi imkanına baxır.

Qeyd edək ki, Çin və ABŞ arasında ticarət müharibəsi günəş batareyaları üçün panellər və paltaryuyan maşınlara Vaşinqton tərəfindən rüsumların tətbiqindən sonra keçən ilin yanvarında başlanıb. 2018-ci ilin dekabrında isə ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin 2019-cu ilin martına qədər yeni rüsumları tətbiq etməmək barədə razılaşdılar. Tərəflər bu vaxt ərzində danışıqlar aparmalı və hərtərəfli ticarət razılaşmasını bağlamalı idilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm