Qadın millət vəkilindən SENSASİON ETİRAF: Vəzifəli şəxs tərəfindən təcavüzə uğradım, sonra... - - FOTO
Bizi izləyin

ABŞ

Qadın millət vəkilindən SENSASİON ETİRAF: Vəzifəli şəxs tərəfindən təcavüzə uğradım, sonra... - - FOTO

ABŞ Hərbi Hava Qüvvələrinin ilk qadın döyüş pilotu ünvanına sahib olan millət vəkili Marta Makselli etirafları ilə dünyada gündəm olub.

Publika.az xəbər verir ki, millət vəkili orduda xidmət edərkən yüksək vəzifəli bir şəxs tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.

Makselli bunu Senatda ordudakı cinsi zorakılıqlaların müzakirəsində deyib: “Bir çox cəsur qadın pilotların əksinə, mən bunu heç kimə bildirmədim. Bir çox qadın və kişi kimi sistemə güvənmirdim. Özümü günahlandırdım və utandım. Güclü olduğumu zənn edirdim, amma gücsüz hiss etdim. Ancaq karyeramın irəliləyən illərində ordu qalmaqallarla boğuşarkən bəzilərinin bilməsinə icazə verdim. Mən də həyatda qalanlardanam”.

52 yaşlı senator bildirib ki, o müddətdə yaşadıqlarını başqaları ilə paylaşmaq cəhdi səlahiyyətli şəxslər tərəfindən qəribə qarşılanıb və bu, onu qorxudub. Buna görə də 18 il xidmət etdikdən sonra Hava Qüvvələrindən ayrılmaq niyyətinə düşüb. Lakin o, təqaüdə çıxana qədər gözləyib. Beləliklə, 2010-cu ildə ordudan təqaüdə buraxılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm