ABŞ-da 23 mindən çox insan işıqsız qaldı
Bizi izləyin

ABŞ

ABŞ-da 23 mindən çox insan işıqsız qaldı

Güclü külək ABŞ-ın Arkanzas və Texas ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub. Nəticədə 23,5 min insan elektrik enerjisiz qalıb.

Publika.az xəbər verir ki, bu barədə NBC teleşirkəti məlumat yayıb. Arkanzasda təxminən 13,5 min, Texasda 10 mindən çox insanın yaşadığı ərazidə elektrik enerjisi kəsilib.

ABŞ Milli Meteorologiya Xidməti ölkənin geniş ərazisinin şimal hissəsində, o cümlədən 12 ştatda güclü qar yağacağı barədə xəbərdarlıq edib. Xəbərdarlıq daha çox Minnesota, Miçiqan və Böyük göllər ərazilərinə aiddir. Həmin yerlərdə qar örtüyünü hündürlüyü 15 santimetrə çata bilər. Neşvill və Memfis (Tennessi ştatı) Sautheyven (Missisipi ştatı) və Luisvill (Kentukki ştatı) şəhərlərində qasırğa gözlənilir.

Bir həftə əvvəl qasırğa Alabamada 23 nəfərin, o cümlədən 4 uşağın ölümünə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm