ABŞ bu təyyarələrin uçuşlarını qadağan etdi
Bizi izləyin

ABŞ

ABŞ bu təyyarələrin uçuşlarını qadağan etdi

ABŞ müvəqqəti olaraq “Boeing 737 MAX-8” və “MAX-9” tipli təyyarələrin uçuşlarını dayandırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, uçuşlar xüsusi sərəncama kimi dayandırılacaq.

Qeyd edək ki, dünyanın 25 hava yolu şirkəti Efiopiyada "Boeing 737 MAX-8" tipli sərnişin təyyarəsinin qəzaya uğramasından sonra həmin təyyarələrin istismarından imtina edib. Avstraliya, Sinqapur, Malayziya, İndoneziya, Çin, Cənubi Koreya, Oman kimi ölkələrin şirkətləri adıçəkilən təyyarənin istismarını dayandırıblar.

Xatırladaq ki, ötən bazaar günü Efiopiya Hava Yollarına məxsus sərnişin təyyarəsi Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, Qəza nəticəsində 157 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm