ABŞ bombardmançıları havaya qalxdı: iki gün ərzində Avropa...
Bizi izləyin

ABŞ

ABŞ bombardmançıları havaya qalxdı: iki gün ərzində Avropa...

ABŞ-a məxsus strateji bombardman təyyarələri Avropada görüntülənib.

Publika.az xəbər verir ki, Luizianadakı “Barksdale” aviabazasından qalxan iki strateji B-52H Stratofortress bombardmançıları İngiltərənin “Fairford” hava bazasına eniş edib.

Bununla birlikdə son iki gün içində 3 ABŞ bombardman təyyarəsi İngiltərəyə göndərilib. Daha öncə strateji “B-52H Stratofortress” bombardmançısı Rusiyanın sərhəd bölgəsi olan Kalininqradd yaxınlığında görülmüşdü. Hava nəqliyyat qaynaqlarına görə, təyyarə Rusiya bazasının bombalanmasını simulyasiya edib.

Qeyd edək ki, B-52 1952-1962-ci illərdə istehsal edilib və SSRİ-nin hər hansı bir nöqtəsinə iki ədəd güclü termo-nüvə bombası ata biləcək potensiala malik bombardmançı kimi dizayn olunub. Bu gün də ABŞ Hərbi Hava Qüvvələrinin ən əhəmiyyətli uzunmənzilli bombardman təyyarəsi olmaq xüsusiyyəti daşıyır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm