Perunun keçmiş prezidenti ABŞ-da saxlanıldı
Bizi izləyin

ABŞ

Perunun keçmiş prezidenti ABŞ-da saxlanıldı

ABŞ polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Kaliforniyada baş verib.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş dövlət rəhbərini restoranda saxlayıblar. Buna səbəb kimi onun sərxoş olduğu göstərilir.

Ştatın polis şerifin bəyanatına görə, Perunun keçmiş rəhbəri korrupsiya ilə bağlı axtarışdadır. Ancaq Peruda irəli sürülən ittihamların mövcudluğu onlara keçmiş prezidenti ABŞ-da saxlamağa səlahiyyət vermir. Bununla belə o, sərxoşluğa görə saxlanılıb.

Perunun Xarici İşlər Nazirliyi faktı təsdiq edib.

Daha əvvəl Peru prezidentiPedro Pablo Kuçinskiamerikalı həmkarıDonald Trampla telefon danışığında ölkəsinin sabiq dövlət başçısı Alexandro Toledonun geri qaytarılması ilə bağlı müraciətə baxmasını xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm