Dünyanı sarsıdacaq iddia: GƏLƏN HƏFTƏ İMZALANACAQ
Bizi izləyin

ABŞ

Dünyanı sarsıdacaq iddia: GƏLƏN HƏFTƏ İMZALANACAQ

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyacaq sənədi gələn həftə imzalayacaq.

Publika.az xəbər verir ki, bu iddia ilə İsrailin “Kanal 12” telekanalı çıxış edib.

Sənədin İsrailin Baş naziri Benyamin Netanyahunun 25-26 mart tarixlərində Vaşinqtona edəcəyi səfər zamanı imzalanacağı bildirilir. Trampın sözügedən sənədi imzalayacağı halda, bunun İsraildə aprelin 9-da keçiriləcək növbədənkənar seçkilərə təsir edəcəyi bildirilir.

1967-ci ildə İsrail Qolan hündürlüklərini işğal edib və 1981-ci ildə birtərəfli qaydada ərazini zəbt edib. Donald Tramp cümə axşamı tvitterdə yazıb ki, Qolan hündürlükləri üzərində İsrailin hakimiyyətini tanımağın vaxtıdır. Onun sözlərinə görə, bu addım İsrailin və regionun təhlükəsizliyinin xeyrinədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm