Siz öləcəksiniz, əgər... - Trampdan TƏHDİD
Bizi izləyin

ABŞ

Siz öləcəksiniz, əgər... - Trampdan TƏHDİD

ABŞ prezidenti Donald Tramp Suriya və İraqın İŞİD terror təşkilatından tam azad olunduğunu elan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda prezidentinin imzaladığı sənəddə deyilir.

“Mən elan etməyə şadam ki, İraqın təhlükəsizlik gücləri və “Suriya Demokratik Gücləri” də daxil olmaqla, İŞİD-ə qarşı beynəlxalq koalisiya üzrə partnyorlarımız Suriya və İraqda İŞİD-ə aid əraziləri 100 faiz azad etdi”, - sənəddə qeyd edilib.

O əlavə edib ki, ABŞ ayıq qalacaq və terrorçuluğa qarşı addımlar atmağa davam edəcək. Prezident həmçinin, döyüşçülərin sıralarına daxil olanları ölümlə hədələyib.

“İnternetdə İŞİD-in təbliğatına inanan bütün cavan insanlar, əgər siz döyüşçülərin sıralarına daxil olsanız, siz ölü olacaqsınız”, - Tramp vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm