Ölkədə FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi: uşaqlar çölə çıxa bilməyəcək
Bizi izləyin

ABŞ

Ölkədə FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi: uşaqlar çölə çıxa bilməyəcək

ABŞ-da fövqəladə vəziyyət elan olunub.

Publika.az xəbər verir ki, Nyu York ştatının Rokland bölgəsində qızılca epidemiyası yayılıb.

Xüsusilə qızılca peyvəndi olunmamış uşaqların 30 gün ərzində ictimai məkanlara çıxması qadağan olunub. 300 min əhalisi olan şəhərdə uşaqlar məktəb, kitabxana, mağaza və ibadət evlərindən uzaq qalacaq.

Ənənəvi həyat tərzini üstün tutan və müasir tibb imkanları ilə peyvənd olunmağı rədd edən Rokland epidemik xəstəliklərdən ən çox əziyyət çəkən bölgədir.

Bundan başqa, Almaniyada qızılca peyvəndi etdirməyən ailələrin sayının getdikcə artması hökuməti ciddi narahat etməyə başlayıb. Tibbi siyasətçilər başda olmaqla, həkimlər də peyvənd olunmanın valideynlərin istəyinə bağlı olmasını yanlış qərar hesab edir. Buna görə də Almaniyada uşaqların peyvənd olunması məsələsinin qanun çərçivəsində həll olunması üçün hazırlıqlar aparılır.

Qeyd edək ki, Almaniyada hər il qızılca xəstəliyindən 1600 uşaq ölür.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm