ABŞ-ın yeni siyasəti: 25 ədəd qırıcı satdı
Bizi izləyin

ABŞ

ABŞ-ın yeni siyasəti: 25 ədəd qırıcı satdı

ABŞ Mərakeşə 25 ədəd qırıcı satacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi informasiya yayıb.

Xəbərə görə, F-16-ların C və D versiyalarının “Block 72” seriyasından 25 ədəd qırıcının Mərakeşə satılması üçün Konqresə sənəd göndərilib. Müqavilənin dəyəri 3 milyard 787 milyon dollardır.

Bundan əlavə, Mərakeş Hava Qüvvələrinə aid 23 ədəd F-16 təyyarəsinin ABŞ-ın “Lockheed Martin” müdafiə sənayesi şirkətinin son model qırıcılarının V konfiqurasiyasına yüksəldilməsi üçün 985 milyon dollarlıq satışa icazə verilib.

Mərakeşlə aparılacaq satış işləri ABŞ-ın milli maraqlarına və NATO-dan xarici müttəfiqlərinə qarşı apardığı siyasətin bir parçasıdır. Mərakeşin Şimali Afrikada iqtisadi irəliləyiş və siyasi sabitlik üçün əhəmiyyətli ölkə olduğu bildirilir.

Konqresdən 30 gün içində rədd cavabı gəlməsə, bu, satışa razılıq verilib deməkdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm