ABŞ
Hər an HÜCUM ƏMRİ verilə bilər: Rusiyanın qorxusu reallaşır
Venesuela sərhədlərində Amerikanın radio elektron kəşfiyyatının fəallığı 800 faiz artıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bildirib.
Nazir əlavə edib ki, ABŞ-ın hərbi hava gücləri kəşfiyyat aparır. Həmçinin, o şikayətlənib ki, kəşfiyyatın artan fəallığı haqqında dünya KİV-i heç nə yazmır.
Xatırladaq ki, ötən ayın sonunda Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev ABŞ-ın Venesuelaya hərbi müdaxiləyə hazırlaşdığı barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, ABŞ Puerto-Rikoda xüsusi təyinatlıları, ordunu isə Kolumbiyaya yerləşdirib.
Fevralın 22-də isə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir.
“Vaşinqtonun təxribata hazırlığı hərb elminin bütün qaydaları ilə aparılır”, - o vurğulayıb.
Diplomatın sözlərinə görə, ABŞ və NATO Venesuela müxalifətinə silahın ötürülməsinə hazırlaşır. Zaxarova qeyd edib ki, silahlar və döyüş sursatlarının böyük partiyasının Şərqi Avropa ölkələrindən birindən alınması planlaşdırılır. O, böyuk kalibrli pulemyotlar, avtomatik qumbaraatan və daşınabilən zenit-raket komplekslərindən söhbət getdiyini deyib.
“Venesuelaya hərbi yükün çatdırılması cari ilin mart ayının başlanğıcında beynəlxalq ekspeditor şirkətinin nəqliyyat təyyarələrinin cəlb edilməsi ilə qonşu ölkənin ərazisi vasitəsilə bir neçə istiqamətdə həyata keçirilməsi planlaşdırılır”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.
Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR




































