Qaşıqçını öldürən qrupu bu ölkədə hazırlayıblar: əvvəl barmaqlarını, sonra... – DƏHŞƏTLİ DETALLAR
Bizi izləyin

ABŞ

Qaşıqçını öldürən qrupu bu ölkədə hazırlayıblar: əvvəl barmaqlarını, sonra... – DƏHŞƏTLİ DETALLAR

Səudiyyə jurnalist Camal Qaşıqçının qətlinə cəlb olunan “sürətli reaksiya göstərmə qrupu”nun bir çox üzvləri ABŞ-da Dövlət Departamentinin lisenziyasına malik olan “Tier 1 Group” şirkətində hazırlıq keçiblər.

Publika.az xəbər verir ki, bu haqda şirkətlə bağlı mənbəyə istinadən “Vaşinqton Post” nəşri yazıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. Onun cəsədinin yeri indiyə kimi məlum deyil.

Hüquq-mühafizə və istintaq orqanlarındakı mənbələrə istinadən türk KİV-i yazıb ki, hakimiyyətdə Camal Qaşıqçının birbaşa konsulluq binasında amansız işgəncəyə məruz qaldığı barədə sübutlar var. Konsulluqda qeydə alınan audioyazılara istinadən “Yeni Səfəq” nəşrinin yazdığına görə, işgəncələr prosesində jurnalistin əvvəl barmaqlarını, sonda başını kəsiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm