Pentaqondan növbəti "S-400" XƏBƏRDARLIĞI
Bizi izləyin

ABŞ

Pentaqondan növbəti "S-400" XƏBƏRDARLIĞI

Əminik ki, Türkiyə “Patriot” hava hücumundan müdafiə üzrə Amerika komplekslərini Rusiyanın “S-400” sistemlərindən üstün tutacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısının vəzifələrini müvəqqəti icra edən Patrik Şanaxan bildirib.

Daha əvvəl Ankara bildirib ki, “S-400” komplekslərini almaqdan imtina etməyəcək. Məlumata görə, müdafiə sistemlərinin birinci partiyası bu il Türkiyəyə çatdırılmalıdır.

ABŞ “S-400” komplekslərini alacağı halda, “F-35” döyüş təyyarələrini Türkiyəyə satmamaqla hədələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm