Vaşinqtonda Türkiyənin Rusiyadan "S-400" alması müzakirə ediləcək
Bizi izləyin

ABŞ

Vaşinqtonda Türkiyənin Rusiyadan "S-400" alması müzakirə ediləcək

Aprelin 3-4-də Vaşinqtonda baş tutacaq NATO ölkələri XİN rəhbərlərinin görüşündə Türkiyənin Rusiyadan S-400 zenit raket sistemlərinin alınması ilə bağlı müzakirələr aparılacaq.

Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Almaniyanın Hayko Maas mətbuat konfransında deyib.

"Vaşinqtonda keçiriləcək görüşdə bu mövzunu müzakirə edəcəyik", - deyə nazir sualları cavablandırarkən bildirib.

Qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə mətbuat konfransında ölkəsinin Türkiyəyə "S-400"-ün satılmasını qərara aldığını bildirib. Ərdoğan da öz növbəsində martın 9-da Ankarada çıxışı zamanı bəyan edib ki, Türkiyə Rusiyadan "S-400" raket kompleksini almaqda israrlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm