Tramp FES qarşısında tələblərini açıqladı
Bizi izləyin

ABŞ

Tramp FES qarşısında tələblərini açıqladı

ABŞ prezidenti Donald Tramp ölkənin mərkəzi bankı hesab edilən Federal Ehtiyat Sistemini (FES) faiz dərəcələrini azaltmağa və istiqraz vərəqələrinin alınmasını yeniləməyə çağırıb.

Publika.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” yazıb.

Amerika lideri bildirib ki, FES baza faiz dərəcəsini aşağı salmalı və indiki pul-kredit siyasətindən imtina etməlidir.

Xatırladaq ki, ABŞ prezidenti ötən ay FES-in siyasətini tənqid edib. O, güclü dolların dünya ölkələrini ABŞ-la ticarətdən çəkindirdiyini bildirib.

Tramp qeyd edib ki, FES-in sərt monetar siyasəti dolların güclənməsinə təsir göstərsə də, ABŞ-ın rəqabətə davamlılığına zərbə vurub.

“Güclü dolların tərəfdarıyam. Lakin bu dolların ölkəmizin xeyrinə olmasını istəyirəm”, - deyə o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm