ABŞ-ın daxili təhlükəsizlik naziri istefa verdi
Bizi izləyin

ABŞ

ABŞ-ın daxili təhlükəsizlik naziri istefa verdi

ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen istefa haqqında ərizəni vermək bazar günü axşamı prezident Donald Trampla görüşəcək.

Publika.az xəbər verir ki, bu haqda Ağ Ev administrasiyadakı iki mənbəyə istinadən CBS telekanalı bildirib.

Telekanal Trampın istefanı qəbul edib-etməyəcəyini dəqiqləşdirməyib.

Trampın özü isə tvitter hesabında yazıb ki, Nilsen vəzifəsindən gedir.

"Mən xanım Nilsenə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm" - prezident qeyd edib.

Ağ Evdən bildirilib ki, bundan sonra onun vəzifəsini müvəqqəti olaraq İmmiqrasiya və Gömrük Xidmətinin rəisi Kevin Makelinen icra edəcək.

Qeyd edək ki, Nilsenin gedişi haqqında şayiələr Meksika ilə sərhəddə divarın tikintisi üzrə yaranan problemlər fonunda ən azı yarım ildir ortaya çıxıb. Nilsen Trampı bu məsələdə dəstəkləsə də, bir sıra KİV-in məlumatına görə, prezident nazirin işindən narazıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm